RU

Karlos Alkaras məşhur həbsxananın yerləşdiyi adaya gedib

Altıqat "Böyük Dəbilqə" çempionu və dünyanın bir nömrəli tennisçisi, ispaniyalı Karlos Alkaras San-Fransisko körfəzindəki (ABŞ) Alkatras adasında olub.

İdman.biz bildirir ki, burada "Qaya" adı ilə də tanınan məşhur "Alkatras" həbsxanası yerləşir.

Alkaras hazırda San-Fransiskodadır və 19-21 sentyabr tarixlərində ABŞ-ın San-Fransisko şəhərində keçiriləcək "Leyver Kuboku 2025"də Avropa yığması üçün mübarizə aparmağa hazırlaşır. Komandanın kapitanı 1983-cü ildə "Rolan Qarros"un qalibi olmuş fransalı Yannik Noadır.

İdman.biz

Избранный
32
1
idman.biz

2Источники