RU

ABŞ Konqresində Fələstini tanıyan qətnamə qəbul edildi

ABŞ-ın bir qrup Demokrat senatoru ölkə Prezidentini Fələstini tanımağa çağıran ilk qətnaməni Konqresə təqdim edib.

Publika.az xəbər verir ki, qətnaməni Oreqon ştatından senator Ceff Merkli təqdim edib. Həmçinin sənədi demokrat senatorlar Kris Van Hollen (Merilend), Tim Keyn (Virjiniya), Berni Sanders, Piter Uelç (Vermont), Tina Smit (Minnesota), Təmmi Bolduin (Viskonsin) və Meyzi Hirono (Havay) də dəstəkləyiblər.

“Biz prezidenti beynəlxalq hüquqa və iki dövlətli həll prinsiplərinə uyğun olaraq silahsızlaşdırılmış Fələstin Dövlətini tanımağa çağırırıq”, - sənəddə deyilir.

Senatorlar vurğulyıblar ki, Fələstinin tanınması Vaşinqtonun fələstinlilərin və israillilərin azadlıq, ləyaqət və təhlükəsizlik içində yaşaya biləcəkləri gələcəyin qurulmasına kömək etmək üçün atmalı olduğu əməli addımdır.

Избранный
20
1
publika.az

10Источники