RU

Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin çıxarılmasının

Baş nazir Nikol Paşinyan Ermənistana giriş-çıxış möhüründən Ağrı dağının təsvirinin çıxarılması barədə qərarın verilməsindən danışıb.

 

Senzor.az-ın məlumatına görə, jurnalistlərlə söhbətində Paşinyan deyib ki, bu qərarın verilməsinin Türkiyənin xüsusi nümayəndəsinin Ermənistana ötən həftə baş tutmuş səfərilə əlaqəsi yoxdur.

 

“Ümumiyyətlə, belə bir məsələ heç bir Ermənistan-Türkiyə danışıqlarında müzakirə olunmayıb və müzakirə oluna bilməz”, - Paşinyan vurğulayıb.

 

Baş nazirin sözlərinə görə, təhlükəsizlik strategiyasında legitimlik faktoru əsasdır.

 

“Biz Ermənistanın ərazi bütövlüyünü və suverenliyini beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri daxilində tanımalıyıq. Biz bunu dövlətimizin davamlılığını təmin etmək üçün edirik”, - Paşinyan izah edib.

 

Baş nazir xatırladıb ki, 2004-cü ilə qədər möhürdə həmin təsvir olmayıb: “Əgər 2004-cü ilə qədər möhürdə bu təsvir yox idisə, onda onun olmaması nə demək idi? Və 2004-cü ildə onun meydana çıxması nəyi ifadə edirdi? 2004-cü ildə nə baş vermişdi və onlar bu təsvirlə hansı problemi həll etmək istəyirdilər? Bəlkə də xalq tərəfindən seçilməmiş hakimiyyətin daxili siyasi legitimliyi ilə bağlı bir problemi?”.

 

"Yaxın vaxtlarda mən bütün qərarların qəbul edildiyi vətənpərvərlik modeli haqqında danışacağam. İndi bizim həyata keçirdiyimiz bütün addımlar Ermənistanın dövlətçiliyinin, suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi üçün həyata keçirilir. Biz bunu Ermənistanın ən məsuliyyətli beynəlxalq üzvə çevrilməsi üçün edirik", - deyə Baş nazir əlavə edib.

Избранный
3
3
senzor.az

5Источники