UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ilk turu başa çatıb.
İdman.biz bildirir ki, tur çərçivəsində 18 oyun keçirilib.
Təmsilçimiz Ağdamın "Qarabağ" klubu səfərdə "Benfika"ya 3:2 hesabı ilə qalib gəlib. Klub növbəti oyununu Bakıda "Kopenhagen"ə qarşı keçirəcək. "Kopenhagen" ilk turda "Bayer"lə heç-heçə oynayıb - 2:2.
Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın bu turnirdə daha bir rəqibi ola "Ayntraxt"a acınacaqlı şəkildə məğlub olub - 1:5.
İlk turdan sonra ümumi mərhələnin turnir cədvəlinə qazandığı böyükhüsablı qələbə hesabına məhz "Ayntraxt" başçılıq edir. "Qarabağ" cədvəldə 9-cu yerdə qərarlaşaraq, "Barselona", "Real", "Liverpul" kimi nəhəngləri qabaqlayır.
Yeri gəlmişkən, "Qarabağ"ın bu turnirdəki rəqiblərindən 6-sı cədvəldə ağdamlılardan geri qalır. Yalnız "Ayntraxt" "Qarabağ"dan irəlidədir.
K | O | Q | H | M | T | X | |
1 | Ayntraxt | 1 | 1 | 0 | 0 | 5-1 | 3 |
2 | PSJ | 1 | 1 | 0 | 0 | 4-0 | 3 |
3 | Brügge | 1 | 1 | 0 | 0 | 4-1 | 3 |
4 | Sportinq | 1 | 1 | 0 | 0 | 4-1 | 3 |
5 | Yunion | 1 | 1 | 0 | 0 | 3-1 | 3 |
6 | Bavariya | 1 | 1 | 0 | 0 | 3-1 | 3 |
7 | Arsenal | 1 | 1 | 0 | 0 | 2-0 | 3 |
8 | İnter | 1 | 1 | 0 | 0 | 2-0 | 3 |
9 | Man Siti | 1 | 1 | 0 | 0 | 2-0 | 3 |
10 | Qarabağ | 1 | 1 | 0 | 0 | 3-2 | 3 |
11 | Liverpul | 1 | 1 | 0 | 0 | 3-2 | 3 |
12 | Barselona | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
13 | Real | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
14 | Tottenhem | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
15 | Borussiya D | 1 | 0 | 1 | 0 | 4-4 | 1 |
16 | Yuventus | 1 | 0 | 1 | 0 | 4-4 | 1 |
17 | Budö-Qlimt | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
18 | Bayer | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
19 | Kopenhagen | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
20 | Slaviya | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
21 | Olimpiakos | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
22 | Pafos | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
23 | Atletiko | 1 | 0 | 0 | 1 | 2-3 | 0 |
24 | Benfika | 1 | 0 | 0 | 1 | 2-3 | 0 |
25 | Olimpik | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
26 | Nyukasl | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
27 | Vilyarreal | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |
28 | Çelsi | 1 | 0 | 0 | 1 | 1-3 | 0 |
29 | PSV | 1 | 0 | 0 | 1 | 1-3 | 0 |
30 | Ayaks | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
31 | Atletik | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
32 | Napoli | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
33 | Kayrat | 1 | 0 | 0 | 1 | 1-4 | 0 |
34 | Monako | 1 | 0 | 0 | 1 | 1-4 | 0 |
35 | Qalatasaray | 1 | 0 | 0 | 1 | 1-5 | 0 |
36 | Atalanta | 1 | 0 | 0 | 1 | 0-4 | 0 |
İdman.biz