RU

Tramp: ABŞ Rusiya Ukrayna müharibəsi bitdikdən sonra sülhün təmin olunmasına kömək edəcək

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vaşinqton, 18 sentyabr, AZƏRTAC

“Birləşmiş Ştatlar Rusiya ilə Ukrayna arasında müharibə bitdikdən sonra sülhün təmin olunmasına kömək edəcək”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidentİ Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

“Müharibə həll edildikdən sonra biz sülhün təmin olunmasına kömək edə bilərik. Mən düşünürəm ki, bu, baş verəcək”,- deyə Tramp bildirib.

O, həmçinin əlavə edib ki, Ukraynada müharibəyə son qoymaq çətin olub. Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin onu çox məyus edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
4
azertag.az

5Источники