RU

Gözlər əslində mavi deyilmiş

Avstraliyadakı Bond Universitetinin araşdırmasına görə, gözlərdəki mavi rəng tamamilə bir illüziyadır. 

HİT.az xəbər verir ki, araşdırma gözümüzə rəngini verən irisin mavi rənginin piqmentdən deyil, işığın səpələnməsindən qaynaqlandığını ortaya qoyub.

Araşdırmaya görə, mavi gözlər əslində şəffafdır, lakin "Tyndall effekti" adlanan fiziki hadisə səbəbilə mavi rəngdə görünürlər. Dr. Davin Biver yəni dərimizin və saçımızın rəngindən məsul olan maddə olan melaninin bu vəziyyətdən məsul olduğunu bildirib.

Dr. Biverə görə, qəhvəyi gözlər, işığı udan və daha tünd bir görünüş yaradan yüksək səviyyədə melanin ehtiva edir. Mavi gözlər isə çox az melaninə malikdir. Nadir rast gəlinən yaşıl gözlər də melanin səviyyələrini aşağı salan genetik bir qəribəliyin nəticəsidir. 

Lakin yaşıl gözlərdə melanin səviyyəsi, mavi gözlərdəki qədər aşağı deyil. Mavi gözlər, aşağı melanin səbəbilə daha az işığı udur, işığın gözün quruluşu ilə qarşılıqlı təsirindən isə mavi rəng üstünlük təşkil edir. Yaşla birlikdə piqmentlər yığıldıqca mavi gözlər yaşıl və ya qəhvəyi rəngə dönə bilir. Dünyada ən geniş yayılmış göz rəngi qəhvəyidir.

Samir
 

Избранный
14
hit.az

1Источники