RU

Biləsuvarda iki nəfərin mübahisəsi cinayətlə nəticələndi

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Biləsuvar rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətə səbəb olub. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 15-də baş verib. 1982-ci il təvəllüdlü Elnur həmin gün saat 9 radələrində həyətində Eldar ilə şəxsi münasibətlər zəmində mübahisə edib.Bu zaman Elnur Eldarın sifət nahiyyəsinə şillə ilə zərbə vurması nəticəsində ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Elnurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq Biləsuvar rayon Mənzil Kommunal Təsərrüfatı idarəsində işləyir, onun vəzifəsi ona təhkim olunmuş ərazidə təmizlik işlərinin görülməsindən ibarətdir: “Zərərçəkmiş şəxsi rayon sakini kimi tanıyıram. Eldarın evinin qarşısında zibili təmizləyən zaman ona niyə evinin qarşısına torpaq ataraq işimi çətinləşdirməsini dedim. Bu zaman zərərçəkmiş şəxs ünvanıma nalayiq ifadələr işlədərək məni söyüb təhqir etdi. Aramızda yaranan mübahisə zamanı zərərçəkmiş şəxsi bir dəfə şillə zərbəsi ilə sifət nahiyəsindən vuraraq onu döydüm. Aramızda yaranan mübahisə zamanı Eldarı başqa hər hansı bir əşya, predmet və zərbə ilə vuraraq döyməmişəm. Hadisə zamanı orada olan atası və zərərçəkmişin qardaşı bizi ayıraraq sakitləşdirdilər”. İş üzrə zərərçəkmiş Eldarın sözlərinə görə, hadisə günü saat 9 radələrində yaşadığı evdə olan zaman evinin həyətində kiminsə yüksək səslə onun adını çağırdığını eşidib: “Pəncərəni açıb çölə baxdıqda Mənzil Kommunal Təsərrüfatı idarəsinin işçisi Elnur adlı şəxsin olduğunu gördüm və ona irad bildirdim ki, nə üçün qışqırır. Təqsirləndirilən şəxs məndən zibili urnaya tökdüyümü soruşdu. Bildirdim ki, zibili tökmüşəm. Onu da qeyd edim ki, zibil tökdüyüm yer zibil atılması üçün ayrılmış yerdir və zibili həmin yerdə qoyulmuş urnaya atmışam. Elnur bildirdi ki, gedib zibili oradan yığışdırım. Mən isə dedim ki, zibili kənara atmamışam, zibili zibil atılması üçün ayrılmış yerə atmışam və yığışdırmayacam”. Zərərçəkmiş qeyd edib ki, daha sonra təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlədib: “Mən evdən çölə çıxaraq ondan tələb etdim ki, həyətimdən çölə çıxsın. Elnur həyətdən çölə çıxmadı. Qolumdan tutaraq gedib zibili yığışdırmağımı tələb etdi. Ona görə də aramızda mübahisə yarandı və Elnur yaxamdan tutaraq sifətimə yumruqla vurdu. Həmin zaman qonşuluqda yaşayan qardaşım Elnurun yaxamdan tutaraq məni vurduğunu gördü. Yaxınlaşaraq Elnuru məndən aralaşdırdi. Sonra Elnuru həyətdən çölə çıxardan zaman onun atası da gəldi və nə olduğunu soruşdu. Mən və qardaşım Elnurun məni vurduğunu bildirdik”. Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub. Onun bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. Bundan başqa, təyin olunan müddət ərzinsə onun Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan edilib. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
demokrat.az

2Источники