Sentyabrın 18-də Ərdəbilə səfər edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkə arasında sərhədlərin açılması və əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqlarla bağlı açıqlama verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.
Səfir bildirib ki, Ərdəbil əyalətinin rəsmiləri ilə keçirilən görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən dəmiryolu, sərhəd bazarları və müştərək iqtisadi zonaların yaradılması kimi layihələr müzakirə olunub. Kənd təsərrüfatı məhsullarının ixracı, tranziti və daşınması da diqqət mərkəzində olub.