RU

Bakıya FSB gəmisi gəlir- Zaxarova açıqladı

23–25 sentyabr tarixlərində Rusiyanın FSB-yə məxsus “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakıya səfər edəcək.

"Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, səfər proqramı çərçivəsində Rusiya və Azərbaycan sərhəd xidmətləri arasında bir sıra görüşlər keçiriləcək. Əsas müzakirə mövzusu Xəzər dənizinin akvatoriyasında ikitərəfli əməkdaşlıq məsələləri olacaq.

Gəminin səfəri Bakı ilə Moskva arasında təhlükəsizlik və sərhəd əməkdaşlığının dərinləşdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.

Избранный
23
2
bakuinfo.net

10Источники