"Servis xidmətlərinin yerinə yetirilməsi üçün Bakı lokomotiv deposunun ərazisində Texniki Servis Mərkəzinin tikintisi nəzərdə tutulub. Texniki Servis Mərkəzinin tikintisi layihəsinin layihələndirilməsi və tikinti quraşdırma işlərinin icrasına 2023-cü ildən başlanılıb, sözügedən işlərin 2026-cı ildə başa çatdırılması planlaşdırılır".
Bu sözləri Far.Az-ə açıqlamasında Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
Qurum rəsmisi əlavə edib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması, modernləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırma işləri başa çatdırılıb, layihələndirmə işləri davam etdirilir:
"Layihələndirmə mərhələsi yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq, müasir tələblərə cavab verən dəmiryol şəbəkəsi qurulacaq".
Orxan Hüseyn