525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Portuqaliyalı məşqçi Joze Maurinyo "Benfika"ya baş məşqçi təyin olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Onunla 2026/27-ci illə mövsümünün sonunadək müqavilə bağlanılıb.
Maraqlıdır ki, buna qədər "Fənərbaxça"nı çalışdıran Mourinyo məhz komandasının Çempionlar Liqasının "play-off" mərhələsində "Benfika"ya ələnməsindən sonra (0:0, 0:1) istefaya göndərilmişdi.
Qeyd edək ki, "Benfika"nın Mourinyodan əvvəlki baş məşqçisi Bruno Laje "Qarabağ"a məğlubiyyətdən sonra işindən olmuşdu.
Yeri gəlmişkən, Don Jozenin baş məşqçi kimi fəaliyyətinə 2000-ci ildə "Benfika"da başlayıb.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.