RU

Texnologiyanın inkişafı, şişman insanların sayını artırırmış…

Texnologiyanın inkişafı və həyatımızdakı dəyişikliklər nəticəsində insanlar az hərəkət edir, amma çox qida qəbul edirlər.

Getdikcə ağır çəkili, hətta şişman adamların sayı artmaqdadır. 

Dietoloq Leyla Sariyeva Hit.az-a deyib ki, əsasən orta yaşlı kişilərdə piylənmə müşahidə olunur:

 “Nəzərə almaq lazımdır ki, insanların yaşı artdıqca, yağlanma faizi də arta bilər. Kişilərdə 25 faiz, qadınlarda isə 35 faizdən yuxarı yağlanma patologiya sayılır. Kişilərdə əsasən qaraciyər piylənməsi müşahidə olunur. Qaraciyər piylənməsinə səbəb olan faktorlardan biri mütəmadi spirtli içki qəbulu, oturaq həyat və yağlı qidalar qəbul etməkdir. Normal, sağlam orqanizmdə qaraciyər hüceyrələrində az miqdarda yağ ola bilər. Bu, hər hansı bir xəstəliyə səbəb olmaz. Lakin artıq çəkili insanlarda qaraciyərin piylənməsi qaraciyər serrozuna, sonra da qaraciyər xərçənginə qədər yol aça bilər. Buna görə də qaraciyər piylənməsi olan xəstələr daim nəzarətdə olmalıdırlar. Qaraciyərində piylənmə olan artıq çəkili insanlar mütləq bu çəkidən xilas olmalıdırlar”.

Sevinc

Избранный
5
hit.az

1Источники