RU

Şəmkirdə iki yük maşını toqquşub

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford Tranzit "ilə "Qazel" markalı yük maşınları toqquşub.

Qəza zamanı 1985-ci il təvəllüdlü H.Namazov və N.Namazov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
11
21
operativmedia.az

10Источники