RU

Azərbaycanın yeniyetmə şahmatçıları dünya çempionatında iştirak edəcəklər

Bu gün Qazaxıstanın Almatı şəhərində yeniyetmə şahmatçılar arasında dünya çempionatının açılış mərasimi keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, mötəbər yarışda 83 ölkədən 785 şahmatçı mübarizə aparacaq. Çempionat 8, 10 və 12 yaş kateqoriyasında oğlan və qızları arasında təşkil olunacaq. Dünya çempionatında ölkəmizi Fatimə Mirzəliyeva, Nurlan Əzizli, Mehriban Əhmədli, Mələk Əsədli, Atilla Orman, Kənan Babasoy və Əsnad Baxşızadə təmsil edəcəklər.

11 turdan ibarət dünya çempionatına sentyabrın 30-da yekun vurulacaq.

Избранный
5
5
90deqiqe.az

6Источники