Şəmkirdə yük avtomobilinin digər maşınlatoqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "Qazel" markalı yük maşınının minik avtomobili ilə toqquşması zamanı 1985-ci il təvəllüdlü Hüseyn Namazov və onun oğlu 2009-cu il təvəllüdlü Nəbi Namazov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb