RU

Almaniyada mağaza sahibi yəhudilərin girməsini qadağan etdi – skandal baş verdi

Almaniyanın Flensburq şəhərində yerli mağaza sahibinin vitrinə yəhudilərin daxil olmasını qadağan edən plakat asması skandala səbəb olub.

Editor.az xəbər verir ki, hadisə Almaniyanın NDR radiosu tərəfindən işıqlandırılıb.

Rəsmilər antisemit təbliğatın qanunsuz olduğunu vurğulayaraq, məsələ ilə bağlı araşdırmanın başladığını bildiriblər. Şəhər ictimaiyyəti isə bu hadisəyə kəskin reaksiya verib və mağaza sahibinin hərəkətini qınayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
7
editor.az

1Источники