ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-dən 25-dək Gürcüstanın bütün radioları Azərbaycan musiqi əsərlərini səsləndirəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycan Milli Musiqi Gününə və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilib.
Radiolar hər gün müxtəlif saatlarda Azərbaycanın xalq və bəstəkar mahnılarını səsləndirəcək.
Xətayi Əzizov
AZƏRTC-ın xüsusi müxbiri
Tbilisi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.