RU

"Deloitte" Azərbaycanın biznes perspektivləri ilə bağlı növbəti hesabatını açıqladı

"Deloitte" şirkəti "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatının doqquzuncu buraxılışını təqdim edib.

News24.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına istinadən xəbər verir.

Bildirilir ki, bu buraxılışda əsas makroiqtisadi göstəricilərlə yanaşı maliyyə sektoruna dair qısa icmal da yer alıb.

"Deloitte Azərbaycan"ın dəvəti ilə xüsusi qonaq qismində tədbirə qatılan Mərkəzi Bankın sədri Taleh Kazımov ölkədəki makroiqtisadi vəziyyət və maliyyə sektorunun inkişafı ilə bağlı fikirlərini bölüşüb, həmçinin real sektoru təmsil edən iştirakçıların suallarını cavablandırıb.

Tədbir sektorun qarşılaşdığı çağırışlar və perspektivlərin müzakirəsi üçün geniş imkanlar yaradıb.

Избранный
51
1
news24.az

2Источники