Ukrayna ordusu Dobropolye istiqamətində əks-hücum əməliyyatlarına başlayandan bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə rus qoşunlarından geri alınıb.
Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.
“Cəngavərlərimiz torpaqlarımızı addım-addım azad edir: əməliyyatın başlamasından bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə geri alınıb. 170 kvadrat kilometrlik ərazi və 9 qəsəbə işğalçılardan təmizlənib. 100-ə yaxın işğalçı əsir götürülüb və sadəcə son bir neçə həftədə ruslar minlərlə ölü və yaralı verib”, - Zelenski vurğulayıb.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта