RU

Bu səlahiyyət Tarif Şurasından alındı

Yazını böyüt
Yazını kiçilt

“Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma və xidmətlərdən ödənişli istifadə Qaydası”nda dəyişiklik edilib.

Hafta.az-ın məlumatına görə, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq qərar imzalayıb.

Qərara əsasən, xidmət üzrə aşağıdakı tariflər İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən ediləcək:

  • qoşulma haqqı;
  • yenidən qoşulma haqqı;
  • abunə haqqı;
  • ölkədaxili danışıq haqqı;
  • beynəlxalq danışıq haqqı;
  • faks xidmətindən istifadə haqqı;
  • taksofon xidmətindən istifadə haqqı;
  • rəqəmli rabitə kanallarından istifadə haqqı.

Daha əvvəl bu səlahiyyət Tarif (qiymət) Şurasına məxsus idi.

Məlumat üçün bildirək ki, qərar sentyabrın 5-də qəbul edilib, sentyabrın 15-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, sentyabrın 16-da qüvvəyə minib.

Избранный
9
6
hafta.az

7Источники