RU

Türkiyə 18 ölkənin siyasi partiyaları ilə əməkdaşlıq memorandumu imzalayıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), partiyanın Xarici Əlaqələr Şöbəsinin koordinasiyası ilə Rusiya, Çin, Azərbaycan, Cənubi Afrika və Kuba da daxil olmaqla 18 ölkədən 18 siyasi partiya ilə əməkdaşlıq memorandumu imzalayıb.

TurkicWorldxəbər verir ki, son dövrlərdə Ədalət və İnkişaf Partiyası bu memorandumlardan Qazaxıstan, Moldova, Monqolustan, Rusiya, Ekvatorial, Cənubi Afrika, Azərbaycan, Kuba, Şimali Kipr Ruanda, Kosova, Kamboca, Çin, Somali, Efiopiya, Cibuti, Özbəkistan və Serbiya dövlətlərinin partiyaları ilə imzalayıb.

Ədalət və İnkişaf Partiyasının (AK Parti) qarşıdakı dövrdə Venesuela, İndoneziya, Vyetnam, Avstraliya, İraq, Yaponiya, Qambiya, Malayziya, Macarıstan, Tayland, Bolqarıstan, Cənubi Koreya, Meksika və Tanzaniya kimi ölkələrdən siyasi partiyalarla da memoranduma imza atması gözlənilir.

Ədalət və İnkişaf Partiyasının Xarici Əlaqələrdən Məsul sədr müavini Zafer Sırakaya, verdiyi açıqlamada bu əməkdaşlıqların yalnız ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədi daşımadığını, həm də qlobal hadisələrə çoxölçülü və çoxtərəfli töhfə vermək niyyətində olduqlarını bildirib:

“Qloballaşan bir dünyada heç bir ölkə və siyasi partiya öz içinə qapanaraq yaşaya bilməz. Hazırda dünya müharibələr, terror, iqlim dəyişikliyi və köç problemləri kimi çoxsaylı təhdidlərlə üz-üzədir. Bu səbəbdən ortaq vicdan və vizyonla hərəkət etmək zəruridir.”

Sırakaya qeyd edib ki, Türkiyə diplomatiya sahəsində son illərdə mühüm irəliləyişlər əldə edib və yalnız regional deyil, qlobal sülhə də töhfə verir:

“Prezidentimizin liderliyi ilə biz insan mərkəzli, mərhəmət və ədalətə əsaslanan, vicdan yönümlü yanaşmamızı davam etdiririk. Hökumətlər səviyyəsində aparılacaq işlərin əsasını qoymaq üçün bu əlaqələri qurmağa davam edəcəyik.”

Sırakaya bildirib ki, imzalanan əməkdaşlıq memorandumu təkcə əsas siyasi strukturları deyil, partiyaların qadın və gənclik qolları arasında əlaqələri də gücləndirməyi hədəfləyir.

“Son iki ildə təxminən 13 belə memorandum imzalamışıq. Qarşıdakı günlərdə İraq, Vyetnam, Cənubi Koreya, Yaponiya və İndoneziya ilə də görüşlərimiz davam edir və müəyyən mərhələyə çatdıqdan sonra həmin ölkələrlə də razılaşmalar imzalayacağıq.”

Избранный
12
turkic.world

1Источники