RU

"Azərbaycan-Aİ münasibətlərində yeni mərhələyə doğru" - Aytən Qurbanova

Aİ ilə münasibətlərdə yeni mərhələ: Səfərdən əsas gözlənti nədir?

Politoloq Aytən Qurbanova mövzu ilə bağlı News365.az-a açıqlama verib.

"Təbii ki, bu səfər ikitərəfli münasibətlər nöqteyi-nərindən kifayət qədər mühüm nəticələrə malik ola bilər. Xüsusilə də, son illərdə Azərbaycan-Aİ münasibətlərinin qarşı tərəfin qeyri-konstruktiv mövqeyi nəticəsində müəyyən qədər kəskinləşdiyini nəzərə aldıqda, belə səfərlər münasibətlərdə yeni mərhələnin başlanması üçün mühüm əhəmiyyət kəab edir. Artıq rehionda yeni reallıqlar formalaşıb və Azərbaycanın müəllifi olduğu sülh gündəliyi bu reallıqların əsasını formalaşdırır. Aİ da yüksələn güc və etibarlı tərəfdaş olan Azərbaycan ilə münasibətlərindəki yanaşmalarını məhz bu yeni reallıqlar fonunda redaktə etməyə vəhd edir. Düşünürəm ki, bu səfərdən əsas gözlənti də bu istiqamətdə ola bilər. Amma ümumilikdə bu səfərin Azərbaycanın siyasi kursunda hər hansı dəyişikliyə səbəb olması gözlənilən deyil. Çünki Azərbaycanın kifayət qədər aydın və konkret məqsədlər əsasında formalaşmış daxili və xarici siyasət konsepsiyası var və bu konsepsiya ikinci və ya üçüncü tərəflərin mövqeyindən asılı olmayan qətiyyətli mövqeyin aydın ifadəsidir."
Избранный
42
news365.az

1Источники