RU

"Artıq valideyn qrupunda pul yığmağa start verilib" - 250 nömrəli məktəbdə nə baş verir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Nizami rayonunda yerləşən 250 nömrəli məktəbdə direktor tərəfindən pul yığılması valideynlərin narazılığına səbəb olub.
Oxu.Az-a daxil olan müraciətdə iddia olunub ki, valideyn qrupunda pul yığılması tələb edilir.
"Mənim övladım 8-ci sinifdə oxuyur. Dərslərin başladığı iki-üç gündür, artıq valideyn qrupunda pul yığmağa start verilib", - deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq 250 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirilib ki, 8-ci siniflərdə pul yığılması ilə bağlı valideynlərin və müəllimlərin iştirakı ilə məktəbdaxili araşdırma aparılıb.
"Araşdırma zamanı məlum olub ki, 8c sinfində məktəb rəhbərliyinin xəbəri olmadan bir qrup valideyn tərəfindən öz təşəbbüsləri ilə vəsait toplanılıb. Lakin bəzi valideynlər narazı olduqları üçün təşəbbüs baş tutmayıb", - deyə məlumatda bildirilib.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) isə məsələ ilə bağlı Oxu.Az-a bildirilib ki, paytaxtdakı 250 nömrəli tam orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı qurum tərəfindən araşdırma aparılacaq.
"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Избранный
15
1
oxu.az

2Источники