RU

Zaxarovadan Yaponiyanın Rusiyaya qarşı sanksiyalarına CAVAB

“Moskva Yaponiyanın Rusiyaya qarşı sanksiyalarına məhəl qoymayacaq və müvafiq əks tədbirlər görəcək”. 

Busaat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Yaponiyanın son qeyri-dost hərəkətləri cavabsız qalmayacaq, lakin cavabımız düşünülmüş və milli maraqlara əsaslanacaq. Biz müvafiq əks tədbirləri, o cümlədən asimmetrik tədbirləri görməyə davam edəcəyik”, – deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, öz daxili problemlərində boğulan Yaponiya hakimiyyəti vətəndaşları nə edəcəklərini bildiklərinə inandırmağa çalışırlar və bu məqsədlə də sanksiyaların köməyi ilə Rusiya kartını oynamaq istəyirlər.

Yeganə

Избранный
31
busaat.az

1Источники