RU

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini sabah təqdim edəcək

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi təsdiq olunmaq üçün sentyabrın 19-da Aİ Şurasına təqdim edilə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə xarici media mənbələrə istinadən bildirib.

"Bildiyim qədəri ilə, komissiya 19-cu paketi sabah Aİ Şurasına təqdim edəcək", - mənbələrdən biri bildirib.

Digər mənbə əlavə edib ki, sanksiya paketinin ictimai təqdimatının olacağı, yoxsa Avropa Komissiyasının təklifinin əvvəlcə Aİ-yə üzv dövlətlər tərəfindən müzakirə ediləcəyi hələ məlum deyil.

Избранный
53
3
ikisahil.az

6Источники