RU

Tramp: “Netanyahu sadəcə məni incidir"

ABŞ prezidenti Donald Tramp İsrailin Qətərdə HƏMAS liderlərinə zərbə endirməsinə cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu haqqında sərt ifadələr işlədib. 

HİT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin mənbələrinin məlumatına görə, İsrailin Doha əməliyyatından sonra ABŞ prezidenti İsrailin baş naziri Binyamin Netanyahu haqqında deyib: "O, sadəcə, məni aldadır!". Tramp bu barədə yüksək səviyyəli administrasiya rəsmiləri, o cümlədən dövlət katibi Marko Rubio ilə görüşdə bildirib.

Ekspertlər qeyd edirlər ki, Ağ Evin qıcıqlanması İsrail baş nazirinin vəziyyətini daha da gərginləşdirir. İsrailin ABŞ-dakı keçmiş səfiri İtamar Rabinoviçin sözlərinə görə, Netanyahu "mühasirədədir" və səhvlər edir: "Onun xeyrinə işləyən yeganə şey Trampın dəstəyidir".

Sentyabrın 9-da İsrail Qətərin paytaxtına hava zərbəsi endirib. Hədəf Fələstin HƏMAS hərəkatının qərargahı olub. Qrup liderlərindən biri olan Həmmam əl-Hayyanın oğlunun, hərəkatın bir neçə digər üzvünün və Qətər təhlükəsizlik rəsmisinin öldüyünü elan edib.

Samir

Избранный
14
hit.az

1Источники