RU

Hazırda direktor vəzifəsində çalışan direktorlar üçün qiymətləndirmə nəticələri nəzərə alınmayacaq - Nurlan İsmayılbəyli

Direktor vəzifəsində hazırda çalışan direktorlar üçün qiymətləndirmə nəticələri nəzərə alınmayacaq.

Day.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli Təhsil TV-nin canlı yayımında direktorların işə qəbulu ilə bağlı danışarkən deyib.

"Bizim direktor və direktor müavini namizədlərindən yeganə tələbimiz qiymətləndirilmələrinin yaxşı olmasıdır.

Yeni qaydalara uyğun olaraq 2 kataqoriyalar mövcud olacaq. Şagird sayı 500 nəfərədək olan və 500-dən çox olan məktəblər.

Direktor vəzifəsində hazırda çalışan direktorlar üçün qiymətləndirmə nəticələri nəzərə alınmayacaq. Biz düşünürük ki, şagird sayı çox olan məktəblərin direktor namizədlərin dən tələblər daha yüksək olacaq. Müsahibə mərhələsində isə müxtəlif bacarıqlar üzrə yoxlama aparılacaq. Qiymətləndirmədən razı qalmayanlar üçün apelyasiya komisiyası fəaliyyət göstərərcək",- o əlavə edib.

Избранный
12
2
day.az

3Источники