RU

Diş və ağız xəstəlikləri infarkta yol açırmış Araşdırma

ain.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Finlandiyanın Tampere Universitetində aparılan araşdırma ağızda yaşayan bəzi bakteriyaların təkcə diş çürümələrinə deyil, həm də infarkta səbəb ola biləcəyini üzə çıxarıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumat paylaşan tibb üzrə professor Erkan Topuz bildirib ki, araşdırmada ürək-damar xəstəliyindən əziyyət çəkən və qəfil infarkt nəticəsində həyatını itirən şəxslərin damarlarında yığılan plakalarda ağız bakteriyalarının genetik izlərinə rast gəlinib.

Xüsusilə streptokok qrupuna aid bakteriyaların damar divarına yerləşərək immun sistemində gizləndiyi və nəticədə həmin plakanın yırtılmasına səbəb ola biləcəyi müəyyən edilib.

Professor Erkan Topuzun sözlərinə görə, bu fakt uzun müddətdir müzakirə olunan ağız sağlamlığı ilə ürək sağlamlığı arasındakı əlaqəni gücləndirir.

Mütəxəssislərin izahına əsasən:

Bakteriyalar iltihab, qeyri-sağlam qidalanma və ya stres fonunda aktivləşə bilər;

Plaklar yırtıldıqda isə qan dövranı dayanır və infarkt baş verir.

Topuz bildirir ki, dişlərin fırçalanması və ağız baxımına diqqət göstərmək yalnız çürükdən qorunmaq üçün deyil, həm də infarkt riskinin qarşısını almaq üçün son dərəcə vacibdir.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
tribunainfo.az

2Источники