Azərbaycan paracüdoçuları sentyabrın 19-dan 21-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatında çıxış edəcəklər.
Apasport.az xəbər verir ki, yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq) və İlham Zəkiyev (J1, +95 kq) qalib olmağa çalışacaq.
Qadınlar arasında isə Dürsədəf Kərimova (J2, +70 kq) ilə Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaq.
İdmançıları yarışa baş məşqçi İbrahim İbrahimov və Ramin İbrahimov çıxaracaqlar.
Cüdoçumuz Avropa çempionu oldu
Cüdoçularımızın rəqibləri bəlli olub
Xaçmazda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
ACF gənc idmançılar arasında baş vermiş insidentlə bağlı qərarını açıqlayıb
Cüdoçularımız Universiadada iştirak edəcəklər