RU

Multikulturalizm Mərkəzi beynəlxalq əlaqələrini genişləndirir

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumunun imzalanmasında məqsəd dini və mədəni müxtəlifliyin qorunması, ictimai həmrəylik və birliyin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı fəaliyyətin genişləndirilməsidir. Memoranduma əsasən, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi seminarlar, konfranslar və dəyirmi masaların təşkili, dinlərarası münasibətlərin inkişafı sahəsində təcrübə və metodoloji yanaşmaların mübadiləsi, dövlət qurumları üçün proqnoz və tövsiyələrin hazırlanması, elmi əməkdaşlar üçün təcrübə proqramlarının təşkili nəzərdə tutulur.

Sənəd həmçinin tərəflərin dövlət qrant müsabiqələrində və müxtəlif elmi layihələrdə birgə iştirakını, eləcə də gələcək əməkdaşlıq formalarının qarşılıqlı razılıq əsasında inkişaf etdirilməsini ehtiva edir.

İmzalanma mərasimində bildirilib ki,  memorandum həm Azərbaycan həm də Qazaxıstanın qlobal miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəmin bariz nümunəsidir. Vurğulanıb ki, memorandum regional və beynəlxalq miqyasda dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verəcək, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin beynəlxalq miqyasda təşviqinə xidmət edəcək, eyni zamanda Qazaxıstanın multikonfessional və multietnik cəmiyyət modelinin öyrənilməsi və təbliği baxımından faydalı olacaq.

Xatırladaq ki, sentyabrın 17-18-də Qazaxıstan Respublikasının Astana şəhərində Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı keçirilib. “Dinlərin dialoqu: Gələcək üçün sinerji” mövzusuna həsr olunan Qurultayda dünyanın 60 ölkəsindən 100-dən çox nümayəndə heyəti iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
8
yeniazerbaycan.com

10Источники