RU

Özbəkistanda keçirilən beynəlxalq forumda Azərbaycanda aparılan sosial islahatlara dair məlumat verilib - FOTOLAR

Özbəkistanda “Yoxsulluqdan rifaha doğru” mövzusunda Yoxsulluğun Azaldılması üzrə III Beynəlxalq Forum keçirilib.

QHT.az xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin çıxışı ilə öz işinə başlayan Forum Panel sessiyalarda müzakirələrlə davam edib.

Forumda BMT, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlardan, həmçinin müxtəlif ölkələrdən nümayəndələr və ekspertlər iştirak ediblər.

“Qlobal Əməkdaşlıq və Tərəfdaşlıq: Beynəlxalq təşkilatların və regional əməkdaşlığın yoxsulluğun azaldılmasının sürətləndirilməsində rolu” mövzusunda təşkil olunan panel sessiyada Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edib.

O, dövlət başçımızın tapşırıqları ilə son illər ölkəmizdə beş böyük sosial islahat paketinin icra olunduğunu diqqətə çatdırıb. Sosial müdafiə sahəsində dövlət siyasətinin Dünya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Əmək Təşkilatı kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirildiyini bildirib.

Ölkəmizdə həssas əhali qruplarından olan şəxslərin sosial müdafiəsində Azərbaycan brendi olan unikal DOST modelinin rolu vurğulanıb. DOST mərkəzlərində 161 xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf formada vətəndaşlara təqdim olunduğu qeyd olunub.

Əhalinin rifahının yüksəldilməsində mühüm istiqamət olan məşğulluq sahəsində ölkəmizdə genişmiqyaslı islahatlar aparıldığı, 2030-cu ilə qədər dövr üçün Məşğulluq Strategiyasının qəbul edilməsi ilə bu sahədə yeni imkanlar açıldığı bildirilib.

Bu islahatlar nəticəsində 803 mindən çox işsiz və işaxtaran şəxsin işlə təmin olunduğu, 52 min nəfərin peşə hazırlığına cəlb olunduğu, Özünüməşğulluq proqramı çərçivəsində 100 minədək ailənin kiçik təsərrüfatlarını yaratdığı diqqətə çatdırılıb.

Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində əldə olunan mühüm irəliləyişlər barədə Forum iştirakçılarına məlumat verilib.

Избранный
5
4
qht.az

5Источники