RU

Bakıda xanım alimin yaşı 9 il kiçildildi – Məhkəmə qərarı

Səhvən şəxsiyyət vəsiqəsində 9 yaş böyük göstərilən xanım elmlər doktorunun yaşı kiçildilib.

Qaynarinfo-nun məlumatına görə, elmlər doktoru olan Eminli Tovuz Bəxtiyar qızının şəxsiyyət vəsiqəsində doğum tarixi səhvən 1976-ci il əvəzinə, 1967-ci il kimi göstərilib.

2003-cü ildə pedeqoji elmlər namizədi elmi dərəcəsi, 2017-ci ildə isə pedoqogika üzrə elmlər doktoru dərəcəsi almış Tovuz Eminli buna görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olub. Onun sözlərinə görə, məktəbə getməsi, ali məktəbə qəbul olunması və digər sənədlərlə sübut olunur ki, doğum tarixi səhvən 1967-ci il kimi göstərilib.
Beləliklə yaşı səhvən 9 il böyük göstərilib ki, bu da gündəlik həyatında, iş fəaliyyətində müəyyən çətinliklər və anlaşılmazlıqlar yaradır. Üstəlik bir neçə il əvvəl xanım alimin Göygöl rayonundakı evindən oğurluq edən şəxslər pul, zinət əşyaları və həmin əşyaların saxlandığı yerdə olan doğum şəhadətnaməsini və bir çox sənədlərini də aparılblar. Tovuz Eminli 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə müraciət etsə də, məsələ öz həllini tapmadığından Nərimanov Rayon Məhkəməsində iddia qaldırmalı olub.

Hakim Nərgiz Tağıyevanın sədrliyi ilə keçirilən məhkəmədə qərar verilib ki, yenidən veriləcək doğum haqqında şəhadətnamədə Eminli Tovuz Bəxtiyar qızının yaşı 1976-ci il kimi göstərilsin.

Избранный
17
14
tribunainfo.az

10Источники