RU

Bu il Avropada isti hava 16 mindən çox adamı öldürüb

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu il Qərbi Avropada yay olduqca isti keçib və bu istilər 16 min nəfərdən çox insanın ölümünə səbəb olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, britaniyalı tədqiqatçıların hesablamalarına görə, rekord dərəcədə isti yay Avropa şəhərlərində təxminən 16 500 ölümə səbəb olub. Lakin real rəqəmlərin daha yüksək olduğu güman edilir.

Araşdırma yalnız Avropa əhalisinin təxminən 30 faizini əhatə edib. Buna görə də tədqiqatçılar bildirirlər ki, onların nəticələri ümumi mənzərənin yalnız bir hissəsidir.

Ən çox zərər çəkmiş şəhərlər

Bu il xüsusilə Cənubi Avropanın iri şəhərləri daha çox təsirlənib:

Roma – 835 ölüm, Afina – 630 ölüm, Paris – 409 ölüm, Madrid – 387 ölüm, Buxarest – 360 ölüm, London – 315 ölüm, Berlin – 140 ölüm

Risk qrupunda olanlar

Alimlər xəbərdarlıq edirlər ki, istilər Avropanın sürətlə qocalan əhalisi üçün getdikcə daha böyük təhlükə yaradır. 65 yaşdan yuxarı şəxslər bütün istilə əlaqəli ölümlərin 85 faizini təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
lent.az

1Источники