RU

"Benfika" Mourinyo ilə nə vaxt müqavilə imzalayacaq?

style='margin-bottom:10px;'>

"Benfika" məşhur mütəxəssis Joze Mourinyonun baş məşqçi təyinatını yaxında rəsmən açıqlayacaq.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Portuqaliya təmsilçisi Mourinyo ilə sentyabrın 28-də müqavilə imzalayacaq. 

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika"nı səfərdə 3:2 hesabı ilə məğlub etdikdən sonra Portuqaliya təmsilçisinin baş məşqçisi Bruno Lage istefaya göndərilib.

Maraqlıdır ki, "Benfika" pley-offda məhz J.Mourinyonun rəhbərlik etdiyi "Fənərbaxça"mı mübarizədən kənarlaşdırıb. Mütəxəssis bunun ardından vəzifəsindən göndərilib.

Избранный
17
2
teleqraf.com

4Источники