RU

Makron həyat yoldaşının kişi olmadığını göstərən faktlar açıqlayacaq

BAKI, 18 sentyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron ikincinin kişi doğulduğunu iddia edən amerikalı bloger Kendis Ouensə qarşı ABŞ-də məhkəmə iddiası qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə Makronların vəkili Tom Kleyr bildirib.

Vəkilin sözlərinə görə, cütlük həm hamiləlik və uşaq yetişdirmə dövrünə aid fotoşəkilləri, həm də elmi ekspert sübutlarını məhkəməyə təqdim etməyə hazırdır.

Kleyr qeyd edib ki, Bricit Makron həqiqəti bərpa etmək üçün bu çətin sınaqdan keçməyə yüz faiz hazırdır:

“Bu, son dərəcə təəssüf doğurur, amma saxta xəbərlərə son qoymaq üçün bu narahatlığa dözürlər və bunu etməyə hazırdırlar”.

Избранный
23
teleqraf.com

1Источники