RU

Qırğızıstan MAQATE-nin iki nüvə təhlükəsizliyi konvensiyasına qoşulub  

Ölkənin nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 69-cu Baş Konfransında iştirak edib

Qırğızıstanın təbii sərvətlər, ətraf mühit və texniki nəzarət naziri Meder Maşiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 69-cu Baş Konfransında iştirak edib. Bu barədə agentliyin mətbuat xidmətindən məlumat verilib.

Konfrans sentyabrın 15-dən 19-dək Avstriyanın paytaxtı Vyanada keçirilir.

Plenar iclasdakı çıxışında Meder Maşiyev Qırğızıstanın MAQATE-nin nüvə təhlükəsizliyi məqsəd və prinsiplərinə sadiq qaldığını qeyd edib. Nazir nüvə enerjisindən dinc məqsədlərlə istifadə, nüvə və radiasiya təhlükəsizliyi, nüvə silahlarının yayılmaması sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Qırğızıstan ekoloji və radiasiya təhlükəsizliyi üzrə işinin nəticələrini təqdim edib. Məsələn, Min-Kuş və Şəkəftar kəndlərində uran irsi sahələrinin bərpası layihələri AYİB tərəfindən idarə olunan Mərkəzi Asiya üçün Ətraf Mühitin Bərpası Hesabının dəstəyi ilə tamamlanıb. Prioritet ərazi olan Mayluu-Suu şəhərində qarşıdan gələn bərpa işlərinə xüsusi diqqət yetirilir.

Konfrans çərçivəsində MAQATE-nin baş direktoru Mariano Qrossiyə Qırğızıstanın iki əsas beynəlxalq konvensiyaya - Nüvə qəzası haqqında erkən məlumatlandırma haqqında Konvensiyaya və Nüvə qəzası və ya radioloji fövqəladə hallar zamanı yardım haqqında Konvensiyaya qoşulmasına dair sənədlərin təqdim edilməsi mərasimi keçirilib.

Bundan başqa, MAQATE ilə yeni saziş imzalanıb: Qırğızıstan Respublikası ilə MAQATE arasında 2026-2031-ci illər üçün Texniki Əməkdaşlıq üzrə Ölkə Çərçivəsi. Sənəd tibb, kənd təsərrüfatı, təlim və ekoloji təhlükəsizlik daxil olmaqla əməkdaşlığın prioritet istiqamətlərini müəyyən edir.

Konfrans çərçivəsində Qırğızıstan nümayəndə heyəti həmçinin bir sıra ikitərəfli , o cümlədən MAQATE-nin, İnterpolun, OPEC Fondunun, UNIDO-da Qlobal Mədən və Kritik Minerallar Alyansının Nüvə Təhlükəsizliyi və Qorunma Departamentlərinin nümayəndələri ilə görüşlər keçirib.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Избранный
67
azerbaijan-news.az

1Источники