RU

Süni intellektdən Quranla bağlı heç nə soruşmayın - SƏBƏB

Tatarıstan müftisi Kamil Samiqullin bildirib ki, süni intellekt bəzi hallarda "Quran" ayələrini və sözlərini təhrif edir.

 Qazaxıstanın Astanada keçirilən Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayında danışan müfti qeyd edib ki, süni intellektdən dini mövzularda istifadə risklidir:

"Quran ayələrini soruşduqda çox zaman əlavələr və ya dəyişikliklər olur. Quranı əzbər bilən biri kimi bunu dərhal hiss edirsən", - deyə vurğulayıb.

O əlavə edib ki, dini məsələlərlə bağlı süni intellektin cavablarına güvənmək olmaz və bu sahədə ciddi tənzimləmələrə ehtiyac var.

 

Избранный
9
2
7news.az

3Источники