Müxalifətin təşəbbüsü ilə keçirilən qapalı sosioloji sorğu nəticəsində məlum olub ki, baş nazir Nikol Paşinyanın reytinqi 12%-dir. Sorğu 25–30 avqust tarixlərində 1 100 respondent arasında aparılıb.
Bizim.Media xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasını respondentlərin 17,3%-i, “Ermənistan” blokunu isə 6,4%-i dəstəkləyib.
Bununla yanaşı, sorğu iştirakçılarının 75%-i hökumətin fəaliyyətindən narazılığını ifadə edib.
Reytinqdə ikinci yeri biznesmen Samvel Karapetyan (təxminən 10%), üçüncü yeri isə sabiq prezident Robert Köçəryan (6%) tutur.
Digər partiyalar isə yalnız 1–1,5% səslə kifayətlənib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта