"Liverpul"un futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında unikal nailiyyətə imza atıb.


Rekord.az xəbər verir ki, hücumçu buna "Atletiko"ya qalib gəldikləri əsas mərhələnin ilk matçında nail olub.


Misirli forvard İngiltərə komandaları tarixində Avropanın bir nömrəli klub turnirində 6 dəqiqə ərzində qol vuran və məhsuldar ötürmə ilə yadda qalan ilk oyunçudur. 


Mersisayd komandası görüşün 6-cı dəqiqəsində 2:0 hesabı ilə önə çıxıb. Salah əvvəl assist edib, sonra adını tabloya yazdırıb. 


"Liverpul" "Atletiko"nu 3:2 hesabı ilə üstələyib.