RU

32 yaşlı qadın bıçaqlandı: Həyat yoldaşı saxlanıldı - YENİLƏNİB

32 yaşlı qadın bıçaqlandı: Həyat yoldaşı saxlanıldı - YENİLƏNİB

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkənin həyat yoldaşı Orxan Mahmudlu saxlanılıb. Araşdırma aparılır.

***

Beyləqanda qadın bıçaqlanıb.

“Qafqazinfo”-nun məlumatına görə, hadisə rayonun Rəsulzadə küçəsində baş verib.

1993-cü il təvəllüdlü Mahmudlu Ülviyyə Rövşən qızı bıçaq xəsarəti almış vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ü. Mahmudlunun tibbi heyətə mübahisə zəminində həyat yoldaşının ona xəsarət yetirdiyini dediyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
3
1
afn.az

2Источники