RU

Qaradağda Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir - FOTOLAR

18 sentyabr 2025-ci il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Dövlət Suverenliyi Gününə həsr olunmuş dəyirmi masa keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkilləri Anar İsgəndərov, Aydın Hüseynov, Səbinə Xasayeva, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Əvvəlcə tədbir zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra mövzuya uyğun videoçarx nümayiş olunub. 

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, öz çıxışda qeyd edib ki, 20 sentyabr – Dövlət Suverenliyi Günü Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamına əsasən Azərbaycan Respublikasında Dövlət Suverenliyinin bərpasının şərəfinə qeyd edilən gündür.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıılmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində ordumuz Azərbaycan Respublikasının suverenliyini tam bərpa etmişdir. Bununla da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxmışlar. 20 sentyabr Azərbaycan tarixinə Dövlət Suverenliyi Günü kimi daxil olmuşdur.

Millət vəkili Anar İsgəndərov Dövlət Suverenliyi günü ilə bağlı çıxış edərək, bildirib ki, bu gün biz artıq tam suveren dövlətik. Sərhədlərimizin toxunulmazlığının,  ərazilərimizin bütövlüyünün rəsmi təsdiqi olan  Dövlət Suverenliyi Günü xalqımızın tarixi yaddaşında əbədi yer alacaq milli qürur günüdür. 

Çıxış edən Millət vəkili Aydın Hüseynov qeyd etmişdir ki, bu gün müstəqil Azərbaycan  Respublikasının siyasətinin güclü olmağının  əsas prinsipi onun iqtsadiyyatının da güclü olmasına dayanır. Azərbaycanın suveren ölkə olduğunu bildirib. Ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir.

Milli Məclisin deputatı Səbinə Xasayeva,  Azərbaycanın Dövlət Suverenliyi günü münasibətilə iştirakçıları təbrik etdi və Nadi şahdan sonra Azərbaycanın ərazisinin geri qaytarılması cənab Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin sayəsində mümkün olmuşdur. 

Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman  Mikayılov yekunlaşdıraraq Dövlət Suverenliyi Günü münasibətilə hər kəsi təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. 

 

Избранный
14
1
unikal.az

10Источники