RU

Tramp çalışacaq ki, Rusiya və Ukrayna arasında nəsə bir anlaşma olsun Politoloq

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ səfərində Prezident Dolnad Trampla görüşü nəzərdə tutulur və nəzərə alsaq ki, Ukrayna Prezidenti cənab Zelenskiin Amerika səfəri rəsmi səfərdir, onun ABŞ Prezidenti cənab Tramp tərəfindən qəbulu qaçılmazdır".

Bu fikirləri Redaktor.az-a Zelenskinin ABŞ səfərini şərh edən politoloq Yusif Bağırzadə bildirdi.

Onun sözlərinə görə, yaxın günlərdə Ukrayna vətəndaşları arasında sorğu keçirilib:

"Həmin sorğuya görə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub və sorğuda müharibənin davam etdirilməsi və ya dondurulması məsələsi sual olaraq qoyulub. Sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edən 75% Ukrayna vətəndaşları müharibənin dondurulmasına, yəni sülh müqaviləsi olmadan, razılıq verib. 25% isə fərqli fikirdə olub. Bildiyiniz kimi, artıq cənab Tramp tərəfindən hər iki tərəfə - həm Rusiyaya, həm də Ukrayna tərəfə müharibənin dondurulması ilə əlaqədar təklif verilib. Nəzərə alsaq ki, qarşıda qış və payız ayları gəlir, Rusiya ordusunun Ukraynanın daxilinə irəliləməsi çətin olacaqdır. Ukraynanın relyefi müharibə aparmağa rus qoşunlarına imkan verməyəcəkdir".

Siyasətçi əlavə etdi ki, Trampın bu günlərdə Böyük Britaniyaya səfəri olub. Onun sözlərinə görə, həmin səfər ərəfəsində Böyük Britaniyanın kralı Çarlz III belə bir bəyanatla çıxış edib ki, Ukraynaya köməklik göstərilməlidir.

"İkinci məsələ ABŞ-nin Ukraynaya silah satışı ilə bağlıdır. Bildiyiniz kimi, axırıncı NATO görüşündə Avropa İttifaqına daxil olan NATO dövlətləri Trampın sürüşkən mövqeyini nəzərə alaraq öncədən Ukraynaya satışla əlaqədar pulun ABŞ tərəfinin şirkətdən ödənməsini təmin ediblər. Artıq 3 "Patriot" sistemi Ukraynadadır, əlavə olaraq onun da ABŞ tərəfindən verilməsi gözlənilir. Qeyd edim ki, həmin məbləğ Avropa İttifaqına daxil olan NATO dövlətləri tərəfindən ödənilir. Əlavə olaraq ABŞ-də yeni bir şirkət yaradılıb və həmin şirkət birbaşa Ukraynaya silah satışını həyata keçirir. Yenidən masada 3000-dən yuxarı İRİM deyilən raket sistemi var: orta və uzaq məsafəli raketlərdir. Əlbəttə ki, bu məsələyə də baxılacaqdır. Nəzərə alsaq ki, oktyabr ayında artıq Nobel Sülh Mükafatına təqdimat mərasimi keçiriləcəkdir, namizədlərin məsələsinə də baxılacaqdır, Tramp çalışacaq ki, Rusiya və Ukrayna arasında nəsə bir anlaşma olsun. Ona görə də, yəqin ki, bu səfərdə önəmli hadisələrin şahidi ola bilərik", - deyə müsahibimiz fikirlərini sonlandırdı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
redaktor.az

2Источники