RU

Noyerdən unikal göstərici

“Bavariya”nın kapitanı Manuel Noyer klub tarixinə yeni göstərici ilə düşüb.

Msport.az xəbər verir ki, qapıçı Çempionlar Liqasının Liqa mərhələsinin I turunda “Çelsi” ilə görüşdə iştirak etməklə Münhen təmsilçisinin turnirdə meydana çıxan ən yaşlı oyunçusu olub.

39 yaş 174 günlüyündə olan qolkiper Lotar Matteusun rekordunu qırıb. Belə ki, Matteus 8 mart 2000-ci il tarixində 38 yaş 353 günlüyündə olarkən “Real”a qarşı oynamışdı.

Qeyd edək ki, Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir.

Избранный
13
2
msport.az

3Источники