RU

Fransada keçirilən etiraz aksiyalarında 10 minə yaxın insan iştirak edib

Səhər saatlarında 10 minə yaxın etirazçı hökumətin təklif etdiyi qənaət tədbirlərinə qarşı etirazlarda iştirak etmək üçün Fransa şəhərlərində küçələrə çıxıb.

QHT.az xəbər verir ki, Daxili İşlər naziri Bruno Retaillo bu barədə yayımladığı brifinqdə bildirib. “Səhər saat 10:00-a olan məlumata görə, 230 etiraz aksiyası, 95 biznesin qarşısını almaq cəhdi və 10 min nümayişçi var” dedi.

O qeyd edib ki, 58 nəfər saxlanılıb, onlardan 11-i paytaxtın İle-de-Frans bölgəsindədir. Sentyabrın 18-də Fransada hökumətin təklif etdiyi qənaət tədbirlərinə etiraz olaraq ümummilli tətil keçirilir. Hakimiyyət ölkə daxilində nümayişlərə təxminən 900 min insanın qatılacağını gözləyir. Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika və pilotsuz təyyarələr yerləşdirir.

 

R.İmanov

Избранный
8
qht.az

1Источники