Ajans.az xəbər verir ki,bu barədə “Radar Online” nəşri cütlüyə yaxın mənbələrə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, 61 yaşlı aktyor və 52 yaşlı Aleksandra Qrant bu ilin yayında Avropaya etdikləri səfər zamanı səssiz və özəl bir mərasimlə evləniblər. Cütlük şəxsi həyatlarında məxfiliyə üstünlük verdikləri üçün toy barədə ictimaiyyətə məlumat verməyiblər. İnsayderlərin sözlərinə görə, "Matrix" ulduzu üçün Qrant uzun illər ərzində emosional və mənəvi dəstək mənbəyi olub. Keanu Reeves-in yaxın dostları bildiriblər ki, şəxsi həyatında yaşadığı ağır faciədən sonra Aleksandra Qrant onun üçün həyati dayağa çevrilib. Qeyd edək ki, Keanu Reeves heç vaxt rəsmi nikahda olmayıb. 1999-cu ildə onun sevgilisi Cennifer Saym ölü doğulmuş körpə dünyaya gətirib. 2001-ci ildə isə Saym avtomobil qəzasında həyatını itirib. Bu hadisələr aktyorun şəxsi həyatında dərin izlər buraxıb.