Polşa və Ukrayna pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq.
Polşa və Ukrayna pilotsuz uçuş aparatları (PUA) texnologiyaları üzrə əməkdaşlıq sazişi imzalamağa hazırlaşır.
RBC-Ukraynanın RMF24-ə istinadən verdiyi məlumata görə, bu barədə Kiyevə səfəri zamanı Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.
Nazirin sözlərinə görə, sənəd döyüş meydanında pilotsuz təyyarələrdən istifadə üzrə Ukrayna təcrübəsinə əsaslanaraq, birgə təşəbbüslərin inkişaf etdirilməsini və hərbi kadrların hazırlanmasını nəzərdə tutacaq.
Kosiniak-Kamış vurğulayıb ki, Ukraynada əldə olunan biliklərin tətbiqi Polşa Silahlı Qüvvələrinin və bütövlükdə NATO-nun transformasiyası üçün açardır.
QAZİLER.AZ