RU

Şirvanda qəza zamanı ölən velosipedçinin kimliyi bilinib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Şirvan, 18 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan şəhərində velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarında şəhər mərkəzində qeydə alınan hadisə zamanı Tural Əhmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən velosipedçi Əliyev Xudaşükür Əhmədalı oğlunu vurub. Ağır xəsarət alan velosipedçi ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər Şöbəsi üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
azertag.az

1Источники