RU

Şəxsin iş yerində yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır

Sentyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyevanın müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən sonuncunun binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Operativ Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Избранный
12
5
operativmedia.az

5Источники