RU

Təyyarə qəzasından sonra ögey qardaşları ortaya çıxdı - VİDEO

Ajans.az xəbər verir ki, bu barədə “Bizim media” məlumat yayıb. Buna səbəb isə yaxın qohumlar arasında mübahisənin olmasıdır. Qeyd edilib ki, Qusar rayonunun Suduroba kəndindən olan mərhum bacı-qardaşı böyüdən ana nənələri Asiyət Balabəyova olub. Amma kompensasiya təyin ediləndən sonra onlar sağ ikən əlaqələrinin olmadığı 25 yaşlı ögey qardaşları Kamran Seyidov ortaya çıxıb. O, qəzada həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini istəyir. Problemlə bağlı ögey qardaş K. Seyidovun vəkili Elçin Surxayzadə bildirib ki, hazırda hüquqi səviyyədə proseslər gedir, məsələnin nəticəsi olandan sonra hər kəs məlumatlı olacaq. Xatırladaq ki, Xədicə və Əlinin daha bir kiçik qardaşı var. Onun anası ilə ölkə xaricinə getdiyi, daha sonra onların itkin düşdüyü iddia olunur.

Избранный
34
8
Ajans.az

10Источники