RU

İngiltərə millisinin futbolçusu Çempionlar Liqasında yeni rekorda imza atdı

BAKI, 18 sentyabr. TELEQRAF

“Bavariya”nın və İngiltərə yığmasının futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında (ÇL) yeni rekorda imza atıb.

Teleqraf "Squawka" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna əsas mərhələnin 1-ci turunda “Çelsi”yə qarşı keçirilən oyunda dubla imza ataraq nail olub.

O, 27-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib, 63-cü dəqiqədə isə oyundan qol vurub. Bununla da Keyn ÇL-də ingilis futbolçuları arasında ən çox qol+pas göstəricisinə sahib oyunçu olub.

Qeyd edək ki, turnirdəkeçirdiyi 58 oyunda Keyn ümumilikdə 42 qol və 11 assistlə 53 xal toplayıb. Bununla da o, “Mançester Yunayted” və “Real Madrid”in sabiq yarımmüdafiəçisi Devid Bekhemin (52 xal, 16 qol + 36 assist) rekordunu yeniləyib.

Избранный
28
teleqraf.com

1Источники